• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 07.04.2022 11:54

"Dayanıqlı razılaşma prosesi başlayıb"

KepezTV Player

Azərbaycanla Ermənistan arasında dayanıqlı razılaşma prosesi başlayıb. Sülh sazişinin hazırlanmasının nə qədər çəkəcəyini proqnozlaşdırmaq çətindir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib ki, delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəlinib.

Şarl Mişel - Avropa İttifaqı Şurasının Prezidenti: Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var.