• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 31.03.2022 15:46

Naxçıvanda məktəbin çökməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb

KepezTV Player

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar məlumat yayıb. 3 nömrəli tam orta məktəbdə martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. Bu gün isə məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır.