• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 29.03.2022 20:34

Mikroavtobus yük maşını ilə toqquşub, ölənlər və yaralananlar var

KepezTV Player

Bakı-Qazax avtomobil yolunda sərnişindaşıma ilə məşğul olan mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində üzü Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus yük avtomobili ilə toqquşub. Baş verən ağır qəza zamanı üç nəfər ölüb, dörd nəfər yaralanıb. Dünyasını dəyişənlər 61 yaşlı Familə Məmmədova, 60 yaşlı Mayıl Nağıyev və 56 yaşlı Mirvari Vəliyevadadır. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına və Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qəzanın dəqiq baş vermə səbəbi təyin olunan avtoekspertizanın nəticəsindən sonra bəlli olacaq.

İqbal Namazov həkim: Bu gün avtoqəza nəticəsində dörd nəfər xəsarət almış şəxs xəstəxanamıza daxil olmşdur. Onlardan ikisi Qazaxa göndərildi.İki nəfər isə Qasımov Nicat 2003-cü il təvəllüdlü alın nahiyəsinin çapılmış yarası ilə, 1951-ci il təvəllüdlü Email Əmiraslanov sağ baldırın sümüklərin yerdəyişməli sınığı və alın nahiyəsinin sağ tərəfinin çapılmış yarası ilə.Xəstəxanamızda ilk yardım olunub.Hal-hazırda xəstələrimiz yatırlar. Həyatı təhlükə yoxdur.