• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 28.03.2022 20:06

Yeni pambıq sortu üzərində seleksiya işləri aparılacaq

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə birgə yeni layihənin icrasına başlayır. Ölkəmizdə yeni pambıq sortu üzərində seleksiya işləri aparılacaq. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən icra olunacaq layihə ilə yerində Agentliyin eksperti tanış olub.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “Pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsinin təqdimatı olub. Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə layihəsində yeni yaradılacaq pambıq sortu üzərində aparılacaq seleksiya işləri barədə məlumat verilib.

Layihə çərçivəsində kənd təsərrüfatında xəstəliklərə, quraqlığa, şoranlığa qarşı elmi tədqiqat işləri də aparılacaq. Bu işin icrası Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutuna həvalə olunub. Bunun üçün institutun labaratoriyası sortlar üzərində elmi araşdırmalar aparmaq üçün müasir avadanlıqlarla təchiz olunacaq.

3 illik layihə çərçivəsində pambığın becərilməsində su, torpaq və qida maddələrinin idarə edilməsi üzrə qabaqcıl təcrübələr öyrəniləcək.

Elnur Vahidoğlu