• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2180
— 27.03.2022 20:32

"Kəpəz"in 15 yaşlıları böyükhesablı qələbə qazanıblar

KepezTV Player

AFFA-nın U-15 liqasında 9-17-ci yerlər uğrunda mübarizədə 1-ci dövrəyə start verilib. İlk turda “Kəpəz”in 15 yaşlılardan ibarət komandası doğma meydanda “Mil-Muğan”ı qəbul edib. Gəncə şəhər stadionundakı süni örtüklü meydançada baş tutan qarşılaşmada əvvəldən sonadək üstünlüyü özündə saxlayan İbrahim Hüseynovun yetirmələri rəqibi meydana çıxmağa peşman ediblər. Sarı-göylər İmişli təmsilçisini 5 cavabsız qolla üstələyiblər. Dağlıların toplarının 3-ü ilk yarıda, 2-si isə fasilədən sonra vurulub. Növbəti turda “Kəpəz” Lənkəranda "Cənub Elit"in qonağı olacaq.  1-ci dövrənin oyunlarına mayın sonunda yekun vurulacaq.