• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 26.03.2022 20:13

Regionda ilk beynəlxalq təlim-məşq toplanışı

KepezTV Player

Göygöldə ilk dəfə olaraq cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir. Hazırlıqda müxtəlif ölkələrin 18 yaşadək komandaları iştirak edir.

Göygöl Olimpiya İdman Kompleksində  baş tutan toplanışa bu məkanda bir neçə gün öncə keçirilən turnirə gələn cüdo ölkələrinin əksəriyyəti qatılıb. Azərbaycandan əlavə 6 komanda - Türkiyə,  Almaniya,  Macarıstan,  Özbəkistan,  Niderland və Sloveniyadan olan tatami ustaları çalışmalarda iştirak edirlər. Ümumilikdə 200-ə yaxın yeniyetmə idmançı məşqçilərin nəzarəti altında gündə iki dəfə olmaqla taktiki-texniki məşqlər üzərində çalışır.

Stoyan Jeleznik Sloveniya komandasının məşqçisi: Bu təlim-məşq toplanışı çox yaxşı təşkil olunub. Turnirdə iştirak edən ölkələr burada hazırlıq keçirlər. Çox şadam ki, Göygöldə komandamızla birgə toplanışdayıq. Hazırlıq bizim üçün çox gözəl mübadilə oldu. Çünki burada olan bütün ölkələrin cüdoçuları bir-birilərinin təcrübəsindən yararlanırlar. Çox yaxşı insanlarınız var. Bizim üçün buraya gəlib, beynəlxalq turnir və təlim-məşq toplanışına qatılmaq yeni əlaqələrin qurulması baxımından önəmli oldu. Yaxşı təşkil olunmuş ev sahibliyi üçün minnətdarlığımı bildirirəm.

Bölgədə kütləvi olaraq bir neçə ölkənin iştirakı ilə ilk dəfə təşkil edilən təlim-məşq toplanışı kimano sahiblərinin bacarıqlarını təkmilləşdirməklə yanaşı, yaxın gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticə əldə etmələrinə hesablanıb. Eyni zamanda regionlarda cüdonun təbliğatı üçün vacib olan hazırlıq paytaxtdan kənardakı şəhər və rayonları təmsil edən idmançıları aşkarlamaq baxımından önəmlidir.

Göygöldəki beynəlxalq təlim-məşq toplanışı martın 27-dək davam edəcək.