• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2368
— 25.03.2022 19:40

"Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir"

KepezTV Player

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.