• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2260
— 23.03.2022 21:16

Qala divarı üzərindəki gerb restavrasiya olunacaq

KepezTV Player

Martın 20-də güclü külək nəticəsində Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi aşmışdı. Məsələ ilə bağlı dərhal hadisə yerinə Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin qəza xidmətinin birqadaları cəlb olunub. Gerbə baxış zamanı simvolların bəzilərinin aşma zamanı tamami ilə yararsız hala düşdüyü aşkar edilib. Yerində restavrasiya olunması mümkün olmadığından, xüsusi texnikaların köməyi ilə gerb ərazidən götürülərək təyin olunan yerə aparılıb. Yaxın vaxtlarda gerb restavrasiya olunduqdan sonra yenidən yerinə qoyulacaq.