• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 23.03.2022 21:14

Volodimir Zelenski: "Nüvə obyektlərimiz təhlükə altındadır"

KepezTV Player

“Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.O, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib.“Bizi bir-birimizdən 8193 kilometr məsafə ayırsa da, azadlıq arzularımız arasında heç bir məsafə yoxdur”.

Volodimir Zelenski Ukrayna Prezidenti: Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernıbıl AES-dən istifadə edir.Dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.