• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2268
— 23.03.2022 21:10

Azərbaycan hərbçiləri hərbi paradda iştirak ediblər

KepezTV Player

Pakistanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Paradda fəxri qonaq qismində müdafiə naziri Zakir Həsənov iştirak edib. Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Zakir Həsənovun Pakistan Quru Qoşunları komandanı Qamar Caved Bacva ilə görüşündə isə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.