• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 22.03.2022 20:05

Güclü külək Qala divarı üzərindəki gerbi aşırıb

KepezTV Player

Bir neçə gün əvvəl əsən güclü külək Gəncənin Qala divarı üzərində olan gerbini aşırıb. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğundan bildirilib ki, hadisə martın 20-də axşam saatlarında baş verib. Güclü külək nəticəsində Qala divarların üzərində yerləşən gerbin aşması barədə dərhal aidiyyatı qurumlara məlumat verilib. Qoruğun direktoru Cumalik Rəhimovun sözlərinə görə, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib və gerb bu gün yerinə bərpa olunub. Gəncədə bir neçə gündür davam edən külək 10-dan çox evdə və binada fəsadlar yaradıb. Həmçinin Nizami Gəncəvi prospektində binanın üzərinə çəkilmiş üzlük daşlarının aşması nəticəsində iki nəfər xəsarət alıb.