• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1356
— 19.03.2022 16:43

Sürət qatarı ilə mənzil başına

KepezTV Player

Bakıdan Gəncəyə və əks istiqamətə qatarla gedib-gəlmək istəyənlər bu gündən istəklərinə çatıblar. Paytaxtla Nizami yurdu arasında pandemiya ilə əlaqədar 2 ildir ki, fəaliyyəti dayandırılan sürət qatarı yenidən xəttə buraxılıb. Səhər saat 8-də Bakı stansiyasından yola düşən qatar təxminən 4 saata yaxın yolda olduqdan sonra mənzil başına çatıb. 367 oturacaq yer mövcud olan ikimərtəbəli elektrik qatarında bir istiqamət üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Qidalanma xidməti göstərilməyən qatar bu gün saat 18-də Gəncədən yola düşəcək və axşam saat 21:35-də Bakıda olacaq. Uzun sürən fasilədən sonra qatardan istifadə edənlər vaxta qənaət və rahatlıq baxımından razılıq ifadə ediblər.