• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 19.03.2022 12:25

Bu gündən Bakı-Gəncə qatarının hərəkəti bərpa olunub

KepezTV Player

Bu gündən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Gündəlik fəaliyyət göstərəcək qatar Bakıdan 08:00-da yola düşüb. Bu gün 18-də isə Gəncədən geri qayıdacaq. Qatarın Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək. Biletlərin qiyməti isə əvvəlki ilə müqayisədə standart yerlər üçün ikiqat artaraq 20 manat olub, biznes yerlər üçün isə 33 manat təşkil edir. **Əməkdaşımız Elnur Vahidoğlu sürət qatarının hərəkətinin yeni yüksək qiymətlərlə bərpasından sonra Gəncə vağzalı və avtovağzalındakı vəziyyəti öyrənib. Həmin reportajı saat 20:30-da Kəpəz TV-nin efirində "Bu gün" informasiya proqramında izləyə bilərsiniz.