• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 18.03.2022 16:02

Şəhid və qazi ailələri üçün bayram tədbiri

KepezTV Player

Şəmkir rayonunda Novruz bayramı münasibətilə şəhid və qazi ailələri üçün bayram şənliyi təşkil olunub. Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev iştirakçıları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb. Şəmkir rayonunda şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlərin görüldüyü vurğulanıb. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb. Sonda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəmkirli şəhidlərinin medalları ailə üzvlərinə, müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub. Həmçinin şəhid övladlarına bayram hədiyyələri verilib.

Samux rayonunda Novruz bayramını – baharın gəlişini böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılanıb. Heydər Əliyev adına parkda bayram tonqalı alovlandırılıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş ediblər. Bahar qızı, milli geyimli oğlanlar və qızlar tonqal ətrafında rəqs ediblər. Bayram tədbirində qədim adət ənənələrimizi özündə əks etdirən əl işlərindən və səmənidən ibarət sərgilər şənlik iştirakçılarına xüsusi zövq verib. Folklor qruplarının çıxışları olub. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Novruzun gəlişi münasibətilə Samux sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firavan həyat arzulayıblar. Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında Şux bayram rəqsləri, folklor qruplarının, rəngarəng mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.