• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 18.03.2022 16:00

Qar və çovğun səbəbindən İsmayıllı yolu bağlandı

KepezTV Player

Bir neçə gündür Şamaxı, İsmayıllı rayonlarına yağan qar yollarda nəqliyyatın hərəkətini iflic edib. Güclü qar nəticəsində İsmayıllı-Qəbələ yolu bağlanıb. Qar və çovğunda hərəkət edə bilməyən 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb. Hazırda bu yolda qarın qalınlığı 10-15 santimetr təşkil edir. Bəzi nəqliyyat vasitələri sürüşərək yoldan çıxıb. Batıb qalan avtomobillər traktorlar vasitəsi ilə çıxarılıb. Bundan əlavə, Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda da avtomobillərin hərəkəti çətinləşib. Hazırda bölgəyə güclü qarın yağması davam edir. Sürücülərə bu yoldan mümkün qədər az istifadə etmələri tövsiyə olunur. Paytaxta yolu düşənlərə isə alternativ olaraq Ağsu-Kürdəmir-Bakı magistralı ilə hərəkət etmək məsləhət görülür.