• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 18.03.2022 16:10

Çanaqqala zəfəri - 107, İstiqlal marşı – 101

KepezTV Player

Çanaqqala zəfərinin 107-ci, İstiqlal marşının isə 101-ci ildönümü münasibətilə Türkiyənin Gəncədəki baş konsulluğunda tədbir keçirilib. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şanlı Çanaqqala qalibiyyətindən söz açılıb, 44 günlük Vətən müharibəsi ilə 107 il əvvəlki qələbə arasında paralellər aparılıb. Həmçinin Çanaqqalada da Türkiyə - Azərbaycan qardaşlığının vəhdətinə diqqət çəkilib. Daha sonra Çanaqqala savaşı və Türkiyənin İstiqlal Marşının müəllifi Mehmet Akif haqqında qısametrajlı film izlənilib.