• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 18.03.2022 11:59

Xəstəxanadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon Mərkəzi Xəstəxanasının binalarının birindən ümumi dəyəri 4700 manat olan dam örtüklərini oğurlamaqda şübhəli bilinən rayon sakinləri Qəşəm Hacıyev və Yusif Yunusov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.