• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 18.03.2022 12:03

Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi Şuşada qeyd edilir

KepezTV Player

Bu gün Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçiriləcək. İştirakçılar təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Hava limanı ilə yaxından tanışlıqdan sonra “Zəfər yolu” ilə Şuşaya yola düşüblər. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, post-pandemiya və post-münaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir. Heyətdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri yer alırlar. **Səfərlə bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev tviterdə paylaşım edib. “Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. BMT-nin bayrağı işğaldan azad olunan Şuşada dalğanacaq”, - deyə Hacıyev qeyd edib.