• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 18.03.2022 11:53

Baş Qərargah rəisi Quru Qoşunlarında olub

KepezTV Player

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub. Baş Qərargah rəisi Təlim Mərkəzində hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə baş çəkib. General-polkovnik dərs prosesinin gedişatını izləyib.