• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 17.03.2022 20:32

Aşıq Şəmşirin adına V saz-söz müsabiqəsi keçirilib

KepezTV Player

Gəncədə aşıq Şəmşirin adına saz – söz müsabiqəsi keçirilib. Artıq 5-cisi keçirilən müsabiqə Dədə Şəmşir yurdunun- Kəlbəcər torpagının azadlığa qovuşması amalında bu il Zəfər ovqatı ilə baş tutub. Azərbaycanın müxtəlif yerlərindən- Göygöl, Tovuz, Gədəbəy rayonlarından müsabiqəyə qatılan yeniyetmə saz- söz ifaçıları, vətənpərvərlik, qəhrəmanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən ifalarla böyük saz ustadlarının, o cümlədən də aşıq Şəmşirin müqəddəs ruhu qarşısında  öz sənətlərini nümayiş etdiriblər. Yekunda zəfər müjdəli saz-söz bayramı keçirilib. Tədbirdə Aşıqlar birliyinin sədri, YAP Kəlbəcər rayon təşkilatı və ustad aşıqlar iştirak ediblər.