• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2339
— 17.03.2022 20:36

Novruz təntənə ilə bayram edilir

KepezTV Player

Goranboyda Heydər Əliyev adına parkda Novruz bayramı ilə əlaqədar şənlik təşkil olunub. Dərdə Qorqud və Bahar qızı bayram iştirakçılarını salamdadıqdan sonra Milli qəhrəman Maşallah Abdullayev, Vətən müharibəsi qəhrəmanı Saleh Həsənov, eləcə də qazilər Novruz tonqalını alovlandırıblar. Kosa ilə Keçəlin məzəli əhvalatları, oxunan mahnılar, nümayiş etdirilən Yallı rəqsi milli adət-ənənələrimizn nümayişi baxımından yaddaqalan olub. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yazın gəlişini müjdə verən bahar bayramı münasibətilə goranboyluları təbrik edib, Vətən müharibəsindən sonar yüksək əhval-ruhiyyədə qeyd edilən Novruzun ölkəmizə düşərli olmasını arzulayıb. Hazırlanan ədəbi-bədii kompozisiyalar, söylənilən şeirlər, folklor kollektivlərinin maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, idmançıların nümunəvi çıxışları, milli mətbəximizin ləziz təamları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Sonda yerli incəsənət ustaları tərəfindən konsert proqramı təqdim edilib.

Sərhəd bölgəsində bayram coşqusu

Samux rayonunun Gürcüstanla həmsərhəd olan Eldar zonasında da Novruz bayramı xüsusi coşqu ilə qeyd olunub. El şənliyi bayram tonqalının alovlandırılması ilə başlayıb. Daha sonra Novruzun  personajları Kosa və Keçəl şənliyə qoşulub. Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Alı Qocayev sakinləri təbrik edərək onlara xoş arzularını çatdırıb. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Qalib xalq kimi Baharı qarşılayan samuxlular dövlətimiz və ordumuzla qürur duyduqlarını dilə gətiriblər. Bayram tədbirində elimizin qədim adət-ənənələri, milli mətbəx nümunələrimiz nümayiş etdirilib. Yerli incəsənət nümayəndələri və rəqs kollektivlərinin rəngarəng çıxışları şənlik iştirakçılarında xoş ovqat yaradıb.