• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 16.03.2022 19:44

Tələbələr təqaüdə layiq görülüblər

KepezTV Player

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri təqaüdə layiq görülüblər. Bu münasibətlə keçirilən tədbirdə vurğulanıb ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensialı, bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir. Əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə peşə sahəsi üzrə təhsil alan tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Onlardan 8-i Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə onların hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.