• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 16.03.2022 19:06

"Türkiyə Putin və Zelenskinin görüşünə ev sahibliyi etməyə hazırdır"

KepezTV Player

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra tərəflər mətbuata birgə açıqlama veriblər. Türkiyənin Ukrayna məsələsində əvvəldən açıq mövqe nümayiş etdirdiyini deyən Çavuşoğlu hər iki tərəflə də yaxşı münasibətlərinin olduğunu, bütün çətinliklərə baxmayaraq, vicdanlı vasitəçi rolunu davam etdirəcəklərini deyib. Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Əsas məsələ yer deyil, nəticəyə köklənmiş müzakirələrin başlanmasıdır deyən nazir Rusiya və Ukraynanın mövqelərində yaxınlaşma olduğunu vurğulayıb. “Ümid edirəm ki, artıq bizim vasitəçiliyimiz ilə bu cür görüşə ehtiyac qalmaz, iki lider davamlı atəşkəs və sülh üçün bir araya gələr”, - XİN başçısı qeyd edib.