• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 16.03.2022 16:13

45 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Cari ilin müvafiq dövründə Gəncə polisinin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə bağlı 67 fakt aşkarlanıb. 45 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb ki, bunun 7 kq-ı xüsusi təsiredici qüvvəyə malik narkotik maddələrə daxildir. Bunu Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Dövlət Universitetində narkomaniyaya qarşı maarifləndirmə tədbirində deyib. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə Niyaməddin Qasımov bildirib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilən narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər də saxlanılıb. Rəis müavini qeyd edib ki, internet texnologiyalarının sürətli inkişafı dünyada narkotik dövriyyəsinə də böyük dəstək verib. Buna baxmayaraq respublikanın digər şəhər və rayonlarında olduğu kimi Gəncə polisi də bununla barışmaz və qətiyyətli mübarizə aparır. Gəncləri bu ümumi bəşəri bəlaya düçar edən şəxslər saxlanılaraq məsuyliyyətə cəlb edilirlər. Polkovnik-leytenantın sözlərinə görə, bu tip marifləndirci-profilaktiki tədbirlər də aparılan mübarizənin ayrılmaz bir hissəsidir. Rəis müavini həm tələbələrin, həm də valideynlərin bu qlobal məsələdə polislə həmrəy olmalı olduğunu da vurğulayıb. Sonda tələbələri maraqlandıran suallara cavab verilib.