• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 16.03.2022 16:05

Şəhidin adına bulaq istifadəyə verilib

KepezTV Player

Gəncədə 1-ci Qarabağ müharibəsində şəhid olan Bayram Məmmədovun adını daşıyan bulağın açılışı olub. Mərasimdə vətən uğrunda canını fəda edən igidin yaxınları, dostları və təhsil aldığı 16 nömrəli tam orta məktəbin kollektivi iştirak edib. Tədbirdə adıçəkilən məktəbin müəllimləri Bayram Məmmədovun cəsarətindən, igidliklərindən danışıblar. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Gəncə şəhidi Todan, Çaykənd, Laçın, Cəbrayıl və Ağdərə uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. O, Cəbrayıl rayonunda şəhadət zirvəsinə yüksəlib.