• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 15.03.2022 12:19

Cavan və sağlam qalmaq üçün aşağıdakı qidalardan çox istifadə edin!

Aşağıda adları çəkinən qidalar orqanizmi cavan və sağlam saxlamaqla yanaşı yaşlanmanın da ləngiməsinin qarşısını alır. Bu qidalara aiddir:
ÇiyələkÇiyələyin hüceyrələrdə olan zədələnmələri bərpa etmək funksiyası var. Bol çiyələk yemək orqanizmi təmizləyir və dərini gözəlləşdirir. Tərkibində olan antioksidantlar sayəsində orqanizmdəki toksinləri azaldır. Çiyələk Alsheymer və demensiya xəstəliklərinin əlamətlərini azldır və əmələ gəlməsini ləngidir.
AvokadoAvokadonun tərkibində olan C vitamini, kalium, antioksidantlar orqanizmi yığılıb qalmış toksinlərdən təmizləyir və hüceyrələrin yenilənməsinə səbəb olur.
Tünd şokoladOrqanizmin kofeinə olan tələbatını ödəyir və dəri başda olmaqla bütün toxumaların tonusunu qaldırır. Şokolad orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur.
Narıncı meyvələrNarıncı rəngdə olan meyvələrin tərkibində C, A vitaminlərinin və fol turşusunun miqdarı çox olur. Ən çox da portağal və qreypfurtun tərkibi bu vitaminlərlə zəngindir. Hər səhər ac qarına 1 stəkan narıncı meyvə suyu içmək orqanizmin gənc qalmasına səbəb olur.
SarıkökSarıkök yaşlanmaya qarşı mübarizə aparan bir qidadır. Onun tərkibində olan təbii birləşmələr sinir sisteminin sakitləşməsinə səbəb olur və orqanizmi gənc və gümrah saxlayır.