• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2365
— 14.03.2022 19:57

Gəncəli boksçu Avropa çempionatının 1/8 finalına yüksəlib

KepezTV Player

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub. Boksçumuz Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Luka Nikabadze ilə qarşılaşıb. 67 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionu 1/8 finalda ilk görüşdən azad olan Alen Ahmetoviçlə üz-üzə gələcək. Yığmamızın digər üzvü Mirşərif Kazımzadə 1/16 finalda şotlandiyalı Hikki Samla qarşılaşıb və rəqib mərhələ adlayıb. Martın 15-də Nəbi İsgəndərov və millimizin digər boksçusu – Murad Allahverdiyev rinqə çıxacaq.