• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 14.03.2022 15:59

Çay evində silahlı insident olub

KepezTV Player

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.