• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 12.03.2022 20:00

Pandemiyadan sonrakı ilk zona yarışı

KepezTV Player

Pandemiya dövründə kütləvi yarışlara qoyulan qadağa aradan qaldırıldıqdan sonra Gəncədə yunan-Roma güləşi üzrə zona birinciliyi keçirilib. Yarış idman liseyinin güləş zalında təşkil olunub.

Rəsmi hissədə uzun müddətdir ki, koronavirus infeksiyası səbəbindən bu cür zona yarışlarının keçirilmədiyi, bunun da güləşçilərin formadan düşməsinə böyük təsir etdiyi diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, yenidən kütləvi birinciliklərin keçirilməsinə icazə verilməsi ölkə idmanında uğurlu nəticələrin əldə olunmasına təkan verəcək. Açılışın ardından mübarizələrə start verilib. Yarışda qərb bölgəsində yerləşən 11 şəhər və rayonun təmsilçiləri gücünü sınayıb. Zona üzrə mübarizələrdə beynəlxalq dərəcəli hakimlər ədaləti təmin ediblər.

10 çəki dərəcəsində baş tutan mübarizələrdə 2005-2007-ci il təvəllüdlü pəhləvanlar iştirak edib. 2 ildən sonra zona birinciliyinin keçirilməsi güləşçilərin də ürəyincə olub.

Zona yarışında hər çəki dərəcəsi üzrə ilk pillədə qərarlaşan idmançılar aprel ayında Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.