• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 12.03.2022 11:49

Gəncəli xanım güləşçilər yığmamıza iki medal qazandırıb

KepezTV Player

Azərbaycanın qadın güləşi üzrə milli komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatını 4 medalla başa vurub. Mükafatlardan ikisini Gəncə güləş məktəbinin yetirmələri komandamıza qazandırıb. Zərif cinsin nümayəndələrindən 53 kq çəkidə çıxış edən Gültəkin Şirinova bürünc medala yiyələnib. O, 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı rəqibini tam üstünlüklə - 11:1 hesabıyla məğlub edərək bu uğura imza atıb. Bolqarıstanda Nizami yurdunun təmsilçilərindən ən yaxşı nəticə isə Jalə Əliyeva əldə edib. 62 kq-da güləşən xanım pəhləvan ¼ finalda Fransa, yarımfinalda isə Polşa güləşçisini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə isə serbiyalı həmkarını üstələyən Jalə yarışın qızıl medalını boynundan asdırıb.