Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.03.2022 13:02
Gəncədə yaşayış evində yanğın baş verib
KepezTV Player
Gəncədə yaşayış evində yanğın baş verib. Hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Sözügedən ünvanda 2 mərtəbəli evin 2-ci mərtəbəsində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
- Baxış: 600