• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 10.03.2022 19:33

Taekvondoçular arasında ən güclü müəyyənləşib

KepezTV Player

Metallurq idman klubunda taekvondo üzrə Gəncə kuboku keçirilib. Yarış 3 yaş kateqoriyasında - yeniyetmə, kadet və gənclər arasında təşkil olunub. Birincilikdə Gəncə ilə yanaşı, Samux, Göygöl və Gədəbəy idmançıları da iştirak edib. Beynəlxalq Taekvando Federasiyasının qaydalarına uyğun olaraq baş tutan yarışa 150-yə yaxın taekvandoçu qatılıb. Həm qız, həm də oğlan döyüşçülərin bacarığını ortaya qoyduğu mübarizələrin yekununda mükafatçı mövqedə qərarlaşan idmançılar medal və diplomla təltif ediliblər.