• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 09.03.2022 20:20

Sakinlərlə səyyar görüş

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti səyyar görüş keçirib. Gəncə şəhər 15 nömrəli tam orta məktəbdə baş tutan görüşdə bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq iki ilə yaxındır ki, keçirilməyən səyyar görüşlər, artıq bərpa edilir və bu aydan etibarən, müəyyən olunmuş qrafik üzrə mütəmadi şəkildə baş tutacaq. Sakinlərin müraciətləri arasında su və çirkab su xətlərinin çəkilişi, bir sıra küçə və döngələrin asfaltlanması, küçə işıqlandırılması sisteminin qurulması, işlə təminat, əlilliyin müəyyən edilməsi və sair məsələlər üstünlük təşkil edib. Vurğulanıb ki, şəhərdə sözügedən məsələlərlə bağlı yeni layihələr həyata keçirilir. Əlilliyin müəyyən edilməsi üçün isə sakinlərə qeydiyyatda olduğu ərazi üzrə Ailə Sağlamlıq Mərkəzinə müraciət etmələri tövsiyə olunub.Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb.