• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 09.03.2022 19:27

Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib

KepezTV Player

Azərbaycana 1200 doza “TURKOVAC” vaksini gətirilib. Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun sözlərinə görə, artıq ölkədə “TURKOVAC” vaksininin 3-cü faza kliniki sınaqlarına başlanılır. Kliniki sınaqlarda təxminən 15 aylıq bir dövr var. "Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi xəstəliklərin mövcudluğu araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırıldıqdan sonra həmin könüllülərin buster doza formasında kliniki sınağı aparılacaq".