• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1746
— 09.03.2022 13:10

Müharibənin 14-cü günündə döyüş bölgələrində vəziyyət açıqlanıb

KepezTV Player

Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də Ukraynanın dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur. Qeyd olunub ki, cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir. “Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər”, - nazirlikdən deyilib. Rəsmi informasiyaya əsasən, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar. Bildirilib ki, Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanın yaşayış binaları və yerlərində gizlədir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, Rusiya qüvvələrinin indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb. Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 317 tank, 1 070 zirehli döyüş maşını, 120 artilleriya qurğusu, 28 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 482 avtomobil texnikası məhv edilib.