• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1544
— 09.03.2022 13:39

Google AdSense reklam servisinin Rusiyada fəaliyyətini dayandırıb

Google şirkəti Rusiyada özünün AdSense reklam servisinin fəaliyyətini dayandırıb. Bu barədə məlumat şirkət tərəfindən servis istifadəçilərinə göndərilmiş bildirişdə əks olunub. AdSense servisinin Rusiyada fəaliyyətinin dayandırılması Google şirkətinin bütün platformalarını (Youtube və s.) və rus saytlarını əhatə edib. Bu isə o deməkdir ki, Rusiyada yaşayan istifadəçilər reklam elanlarını görməyəcəklər və bir qayda olaraq kontent yaradıcıları Rusiyada əldə edilmiş baxışlar üzərindən reklamlara görə gəlir əldə edə bilməyəcəklər.

Bu dəyişikliklər Rusiyadan kənarda olan istifadəçilərə göstərilən reklamları əhatə etmirlər. Google şirkəti bildirib ki, bu cür qərarın əsas səbəbi Rusiya ilə Ukrayna arasında olan yüksək gərginlikdir. Bundan əlavə olaraq şirkət bildirib ki, mövcud olan vəziyyət sürətlə dəyişir və Google yeni qərarlar barəsində məlumatları lazımi vaxtda çatdıracaq. Qeyd etmək lazımdır ki, Google AdSense servisi 2003-cü ildə istifadəyə verilmişdi. Bu servisə veb saytların sahibləri tərəfindən yüksək tələbat var. Bundan əlavə olaraq bu servisin sistemi Youtube da daxil olmaqla Google şirkətinin digər bütün platformalarına inteqrasiya edilib.