• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 07.03.2022 20:36

Bəzi qadağaların ləğvindən sonra sosial həyat

KepezTV Player

Ölkədə ötən gündən etibarən xüsusi karantin rejimi qaydalarına bəzi yumşaldılmalar tətbiq edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla bəzi qadağalar aradan qaldırılıb. Ləğv edilən məhdudiyyətlər və bunun sosial həyata təsiri ilə bağlı əməkdaşımız Aişə Rzayevanın videomaterialını izləyək.

Vətəndaşların ürəyindən xəbər verən yeni qərara əsasən, yumşaldılmalar bir çox sahələri əhatə edir. Dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, yas və toy mərasimlərinin  təşkilinə, kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinə, ictimai iaşə obyektlərində qəlyandan istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və s. icazə verilib.Eyni zamanda mədəniyyət obyektlərinin, istirahət və əyləncə məkanlarının, habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti də aradan qaldırılıb.

İlqar Məcidzadə regional menecer: Restoranlarda müəyyən say məhdudiyyəti var idi ki, bundan artıq müştəri əyləşdirə bilmirdik. Qonaqların istirahəti üçün molda kinoteatrlar var onlarda da say məhdudiyyəti var idi bunlarda aradn qaldırıldı. Bu həm insanların istirahəti üçün müsbət cəhətdir həm də insanların işə fəaliyyəti, iqtisadi durumunun yaxşılaşması üçün bizə müsbət təsirlər göstərir. Molumuzda uşaqların əylənməsi üçün uşaq əyləncə mərkəzləri də var. Qonaqlarımız həm  uşaq əyləncə mərkəzlərində geniş istifadə edə bilirlər həm də kinoteatrlardan. Bu qonaqların əylənmsəi və bziim işimizin getməsi üçün də müsbət göstəricilərdir.

Restoran, kafe, çay evləri kimi ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti də aradan qaldırılıb. Artıq belə məkanlar gecə saat 12-dən sonra da müştərilərinə xidmət göstərə biləcək.Bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət də ləğv olunub.

Hüseyn Novruzov kafe sahibi: İstər saat istər nəfər sayı məhdudiyyəti bu qaydaların aradan qaldırılması təbii ki, bizimdə restoranlarımıza müsbət təsir göstərir. Müsştərilər daha rahat gələ bilirlər, daha rahat banketlərdən istifadə edə bilirlər, daha rahar ad günləri qeyd edib yığıncaqlar edə bilirlər.

Çoxdan gözlənilən və ən çox arzulanan məqam isə şənlik mərasimləri ilə bağlı idi. Yeni qərarla toy, nişan, ad günləri kimi məclislərin keçirilməsində vaxt və say məhdudiyyəti aradan qaldırıldı. Çox sayda qonaqla mərasim təşkil etmək istəyənlər üçün "yaşıl işıq yandı". Şadlıq saraylarından bildirirlər ki, bu qərar artıq müraciətlərin sayına da öz müsbət təsirini göstərib.

Nizami Qasımov restoran administratoru: Doğurdanda əhali üçün bir sevinc oldu. Hal hazırda gələnlərin sayı da çoxdur. Qabaq çox az idi. Çünki qonaqların sayı çox idi. Gəlirdilər ki, ən aşağısı 250-300 nəfər deyirdilər. Çox sağolsunlar məhduiyyətlər göttrüldü. Bu qonaq üçün də, ailə üçün də və bziim üçün də çox rahat oldu. Nə qədər istəyirlər qonaqlarını çağıra bilərlər. Bizimdə xidmət eləmək borcumuzdur.

Dini ibadət yerlərinə tətbiq edilən say və faiz məhdudiyyəti, eləcə də mərasim zallarında, digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağalar da ləğv edilib. Bununla belə, vətəndaşlardan hazırda qüvvədə olan məhdudiyyətlərə əməl etmək tələb olunur.

Məlum olduğu kimi operativ qərargah tərəfindən karantin qaydalarının yumşaldılmsı istiqamətində bir neçə mühim qərarlar verildi. Lakin əssa məhdudiyyətlərdən olan qapalı məkanlarda tibbi maska taxmaq və müvafiq kovid pasportunun olub olmamması gündəmdədir. Və bununla bağlı olaraq gəncə şəhər baş polis idarəsi və onun tabeli qurumlarının əməkdaşları xidmətini bundan sonra da davam etdirəcək. Vətəndaşlardan xahiş olunur ki, mövcud karabtin qaydalarına riayət etsinlər özlərinin və digərlərinn sağlamlıqlarına biganə qalmasınlar.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən xidmətlərdən yalnız COVID19-a qarşı peyvənd sertifikatı, immuniteti təsdiqləyən sənədi və yaxud peyvəndə əks-göstərişi müəyyən edən sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Aişə Rzayeva