• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 06.03.2022 19:20

Fiziki tərbiyə müəllimləri ilə görüş

Gəncə Şəhər Təhsil İdarəsində 5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı görüş keçirilib. Tədbirdə Nizami yurdunda fəaliyyət göstərən məktəblərin bir qrup fiziki tərbiyə müəllimi iştirak edib. Fiziki tərbiyə fənninin şagirdlərin fiziki cəhətdən formalaşmasında vacib rol oynadığı, məktəblilərin hər hansı idman növü üzrə istiqamətləndirilməsində bu fənnin mühüm əhəmiyyətə malik olduğu görüşdə diqqətə çatdırılıb. Pandemiyadan sonrakı dövrdə şagirdlərin idmanla məşğul olmaq üçün böyük həvəs göstərdiyi və buna görə də fiziki tərbiyə fənninə marağın artdığı ifadə olunub. Sonda müəllimlər idarə tərəfindən təşəkkürnamə ilə təltif edilib.