• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 06.03.2022 20:18

1569 abituriyent buraxılış imatahanı verib

KepezTV Player

Gəncədə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. 7 binada təşkil edilən imtahanlarda 1569 şagird öz biliklərini yoxlayıb. Gedişatın idarə olunması üçün 7 imtahan rəhbəri və 137 zal nəzarətçisi ayrılıb. Pandemiyya qaydalarına uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün binalara müxtəlif daxil olma vaxtları müəyyən edilib və imatahan saat 11-də başlıyıb. İştirakçılar 3 saat ərzində Azərbaycan dili fənnindən 30, riyaziyyatdan 25, xarici dildən isə 30 sualı cavablandırıblar. İmtahanda təyin olunan bütün qaydalara riayət edilib. Cavablar aprelin 2-dən sonra məlum olacaq.