• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 04.03.2022 20:09

Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu başlayıb

KepezTV Player

Ali məktəblərə builki tələbə qəbulu qaydaları açıqlanıb. Bu il də qəbul imtahanları iki mərhələdə keçiriləcək. Və 1- ci mərhələ üçün sənəd qəbulu bu gündən 17 marta kimi davam edəcək.

Tələbə olmaq istəyən abituriyentlər DİM-in rəsmi internet saytında daxil olaraq elektron ərizələrini təstiq etdirməlidir. İmtahanların isə 21 mayda 3-cü qrup, 22 mayda 2-ci qrup, 4-5 iyunda 1-ci qrup və 5 iyunda 4-cü qrup üzrə keçirilməsi nəzərdə tutulub.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Bu il ötən ilki ildən fərqli olaraq DİM tərəfindən 2022-ci ildə keçiriləcək bütün qəbul və buraxılış imtahanlarının vaxtları DİM in rəsmi internet saytında yerləşdirrilib. Belə ki, respublikanın ali təhsil müəssisələrində və tam orta təhsili bazasının orta ixtisas təhsili müəssisələrinə DİM tərəfindən mart ayının 4 dən mart ayının 17-ə dək sənəd qəbulu həyata keçiriləcəkdir. Bunun üçün istər əvvəlki ilin məzunları istərsə də cari ilin məzunlarının hər biri sənəd verən abitruyentlər qeydiyytadan keçməlidir.

Həmçinin qeydiyatla bərabər martın 5-dən etibarən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları da keçiriləcək. Burada da abitruyentlər ümumilikdə 85 sualı cavablandırmalıdırlar.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: 11ci sinifdə təhsil alan şagirdlər üçün artıq mart ayının 5-6 sı və 12-13ü bölgə qrafuklərinə uyğun olaraqa buraxılış imthanı həyata keçiriləəkdir. Belə ki, buraxılış imtahbalraını mart ayının 5-6 sı Gəncə şəhərndə keçirilən və digər rgionlarda artıq buraxılış vərəqləri DİMin rəsmi internet saytında yerləşdirilib. Hər bikr təhsil müəssisəsininşagrdləri və şagirdlər buraxılış imtahanları il bağlı vaxtlarını və buraxılış vərəqələrini artıq əldə ediblər və bunla bağlı məlumatlar var ki, hansı uşaqlar hansı məktəblərdə iştirak edəcəklər.

Abitruyentlər imtahan binalarına vaxtında və lazım olan sənədlərlə bilikdə yaxınlaşmalı və imtahan qaydalarına tam əməl etməlidir.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Şəxsiyyət vəqsiqəsidir, imtahana buraxılış vəsiqəsidir.Və ləcə də bilirsiz ki, bir neçə ildir pandemiya ilə bağlı olaraq hər bir şagirdə DİM tərəfindən sağlamlıqla bağlı bəyannamə imtahana buraxılış vərəqsəi ilə çap edirlər. Həmin şagirdlər özləruni ilə birgə bəyannaməni də çap edib imtahana gələn gün imzalamalıdırlar. Hansıas bir sənəd çatışmadıqda onlar imtahan binsına buraxılmır. Keçən ilki ildə Gəncə şəhərində keçirilən istər buraxılış istər qəbul imtahanarında 12 nəfərdən artıq abitruyentlərdə mobil telefonlar aşkarlanmışdır. Vəə onların nəticələri ləğv olunmuşdur. Və heç bir ixtisas seçiminə buraxılmamışdırlar.

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu üçün son tarix 17 martdır. Bu prosesdə həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər.