• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2108
— 04.03.2022 16:04

Gəncə sakinlərində narkotik aşkarlanıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Loğman Talıbov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “heroin” aşkar edilib.***

Satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Natiq Yusifov da saxlanılaraq polis idarəsinə gətirilib. Üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə “heroin” və bir ədəd içərisində “heroin” olan şpris aşkar edilib.Faktlarla bağlı araşdırmalar davam etdirilir.