• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 04.03.2022 16:15

Şəhid Babək Cəfərovun xatirəsi anılıb

KepezTV Player

Samux rayon Mərkəzi Kitabxanasının Qarayeri qəsəbə filialında şəhid Babək Cəfərovun xatirəsi anılıb. Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər. Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Mətanət Cəfərova - şəhidin anası: Mənim oğlum yaralandı, 5 ay komada yatdı. 8 Martda üstümüzə gəldi. Cəmi şəhidlərimizlə fəxr edirəm. Balam da içərilərində olmaqla. Şəhid anaları da burdadır. Tədbirə gəliblər. Cəmi şəhidlərimizə, qazilərimizə Allah şəfa versin.

Telli Nəsibova - Mərkəzi Kitabxananın direktoru: 44 günlük Vətən müharibəsinin şəhidi Babək Cəfərovun anım tədbirinə toplaşmışıq. Biz Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi olaraq, silsilə şəkildə 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbirlər keçiririk. Cəfərov Babək də, vətənimizi igidcəsinə, qəhrəmancasına qoruyan oğullardan biri olmuşdur.