• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 04.03.2022 12:13

Daşkəsəndə güclü külək, qasırğa və çovğun fəsadlar törədib

KepezTV Player

Martın 4-ü gecə saatlarından başlayan güclü külək, qasırğa və çovğun Daşkəsən rayonu ərazisində də ciddi fəsadlar törədib. Qarla müşayiət olunan güclü qasırğa nəticəsində Daşkəsən şəhərində, rayonun Quşçu, Bayan, Gurbulaq, Əmirvar, Qabaqtəpə kəndlərində yaşayış və inzibati binaların dam örtüklərinə ziyan dəyib, ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb. Ən çox ziyan Daşkəsən şəhərində qeydə alınıb. Güclü qasırğa S.Vurğun küçəsi 13 nömrəli, İ.Qayıbov küçəsi 45 nömrəli çoxmərtəbəli yaşayış binalarının dam örtüklərini uçurub. Həmçinin güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb. Rayon fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanların həcminin müəyyən olunması istiqamətində işlər davam etdirilir.