• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 04.03.2022 12:16

Güclü külək 5 ağacı aşırdı

KepezTV Player

Bu gün səhər saatlarından Gəncədə əsən güclü külək bir sıra fəsadlar törədib. Təbiət hadisəsi nəticəsində şəhərin 3 müxtəlif ərazisində 5 irigövdəli ağac aşıb. Ağaclar yol nişanlarının üzərinə, eləcə də sosial obyektlərin qarşısına düşüb. Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin birqadası ərazilərə cəlb edilib. Aşan ağaclar həmin yerlərdən götürülüb. Hadisələr nəticəsində xəsarət alan olmayıb, piyadalar və avtomobillərin hərəkətində problem yaşanmayıb.

Elmir Əzizov - Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin sahə rəisi: Şəhərin Üzeyir Hacıbəyov, Şah İsmayıl Xətai, Dədə Qorqud küçələrində ağaclar aşıb. Yaradaılan qruppamız tərəfindən bunlar dərhal aradan qalıdırılıb. Hər bir şey qaydasındadır. Bununla bağlı bizim qaynar xəttimizə hələ zəng gəlməyibdir. Birqadalarımız şəhərin müxtəlif yerlərində hazır vəziyyətdədir. Əməkdaşlar baxırlar, nəzarət edirlər. Hər hansı bir hadisə baş verən zaman təcili bizlə əlaqə saxlanılır və bizdə onu aradan qaldırırıq.