• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 03.03.2022 20:50

İdman həftəsi çərçivəsində veloyürüş

KepezTV Player

27 fevral - 5 mart idman həftəsi çərçivəsində Gəncədə veloyürüş keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan və “5 Mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunan yürüş Gülüstan yaşayış massivində yerləşən İstiqlal Parkından start götürüb. Gəncə Velosiped Klubunun 30-a yaxın üzvünün qatıldığı veloyürüşdə pedal sahibləri Əziz Əliyev küçəsi, Gəncə 2016 Avropa Gənclər Paytaxtı Parkı və Nizami prospektindən keçməklə 9 km-dən artıq məsafə qət edərək Heydər Əliyev Park Kompleksinin girişindəki Zəfər Tağında finişə çatıblar.