• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 02.03.2022 12:13

Ukraynadan təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

KepezTV Player

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib. Üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Təxliyə olunan Azərbaycanlının içərisində daha çox qadın və uşaqlar yer alır. Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana bu günə qədər ümumilikdə 510 nəfər təxliyə olunub.