• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 02.03.2022 12:03

Prezident İlham Əliyev Rumıniyanın energetika nazirini videoformatda qəbul edib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı videoformatda qəbul edib. Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd edib. Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə Bəyannamənin önəmi qeyd edilib. Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunulub, bu əlaqələrin uğurla inkişaf etdiyi və ölkəmizlə İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edilib.