• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 01.03.2022 21:47

Gəncədən Gürcüstana gedən yolun genişləndirilməsi ilin sonuna qədər yekunlaşacaq

KepezTV Player

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağının genişləndirilməsi yekunlaşdırılır. Beynəlxalq miqyaslı "Böyük İpək yolu"nun tərkib hissəsi olan yolun layihəsi əsasən 3 hissədən ibarətdir. Gəncə-Zəyəm, Zəyəm-Qırılı və Qırılı-Gürcüstan. Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Yol boyu torpaq yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.