• KƏPƏZ TV
canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 01.03.2022 11:43

Növbəti aviasiya zərbəsi endirilib

KepezTV Player

Hərbi hissə atəşə tutulub, 70-dən çox ölən var

Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbəsi endirilib. Bombalar bu gün səhər saatlarında şəhərin mərkəzində yerləşən Azadlıq meydanına, bələdiyyə binasının yaxınlığına düşüb. Böyük dağıntılara səbəb olan zərbə zamanı ölən və yaralananların sayı barədə məlumat verilməyib. Şəhər mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib. Bu barədə konsulluqdan məlumat verilib.

Ukraynanın Axtırka şəhərində hərbi hissəsinin atəşə tutulması nəticəsində isə 70-dən çox ölən olub. Xilasedicilər hazırda hadisə yerində axtarış işlərini davam etdirirlər. Ölənlərin sırasında dinc sakinlərin olduğu da bildirilir.

Bu arada, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.