• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 28.02.2022 20:06

Sosial şəbəkələrdə istifadəçilərin rastlaşdığı problemlər

KepezTV Player

Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Ancaq bəzi hallarda bu platformadan düzgün istifadə edilməməsi xoşagəlməz hallara əsas yaradır.

Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir.

Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, ailə institutuna, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur. Bəzi hallarda isə sosial şəbəkələrdə təklif olunan faydalı məlumatlardan yararlanmaq mümkün olmur. Xüsusən də emosional yanaşma bizi bir çox faydalı resurslardan istifadə etməkdən məhrum edir.

Sözügedən platformalarda nəzarət mexanizmi isə süni intellekt vasitəsilə həyata keçirilir. Avtomatlaşdırma sayəsində konfidensial xarakter daşıyan məlumatlar əldə olunur. Bu da bloklayıcı elementlərin işini asanlaşdırır.

Gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün sosial şəbəkələrin böyük əhəmiyyəti var. Ancaq buna düzgün istifadə ilə nail olmaq olar.

Valeh Anaroğlu